• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müğənninin qətli ilə bağlı yeni xəbər

MƏDƏNİYYƏT

12 Yanvar 2024 | 18:46 | Müəllif: Subhan Mahmudov

Müğənninin qətli ilə bağlı yeni xəbər

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bakıvaxtı.az xəbər verir ki, iş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq dövründə təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hallar müəyyən edilib. Bununla bağlı ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işini Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib.

39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həşimova ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026