• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Murad Eltona CAVAB VERDİ

MƏDƏNİYYƏT

21 Fevral 2022 | 16:15

Murad Eltona CAVAB VERDİ

"Həftələrdir "Müğənnilərin verilişə getmək qarşılığında pul istəməyi" mövzusunu götürüb qoyurlar... Anlaşılmayan nədir? Musiqiçinin əmtəəsi musiqidir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif bildirib. Axşam.az-ın instaqram hesabında müğənni Elton Hüseynəliyevin ifaçıların efirdən pul istəməsi mövzusunu qınamasına münasibət bildirən Murad bunları əlavə edib:

"Vaxt var idi, televiziya və radio efirləri "vitrin" idi. Çıxırdın ki, (məqsədinə uyğun olaraq) ya musiqini, ya da özünü tanıdasan. İndi, "vitrin" rolunu yutub və sosial media oynayır. Özünə inamı olan sənətçi də, hər kanalda, efirdə, verilişdə, aparıcıyla özünü xərcləməməyi seçir. Pul tələb etmək isə imtina etməyin bir formasıdır. Yəni, "Məhz səndə görünmək istəmirəm"... Bu qədər bəsit. 2 ildir ki, nadir istisnalarla efirlərdən uzağam".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026