• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Müştərilərə qəlyan təklif edən kafenin icarədarı cərimələndi

HADİSƏ

21 Yanvar 2022 | 11:07

Müştərilərə qəlyan təklif edən kafenin icarədarı cərimələndi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən kafe müəyyən edilib. Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb və kafenin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR