• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Mütəllim Məmmədov saxlanılıb - SƏBƏB

HADİSƏ

12 Avqust 2024 | 14:25 | Müəllif: Əli Hüseynov

Mütəllim Məmmədov saxlanılıb - SƏBƏB

Paytaxt ərazisində naməlum şəxsin hüquqazidd əməldən yayınmaq məqsədilə evlərdən birinin həyətinə icazəsiz girməzi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxsin əvvəllər dəfələrlə məhkum edilmiş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov olduğu aşkarlanaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Davam etdirilən araşdırmalar nəticəsində saxlanılan şəxsin Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11 min manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026