• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Moskvada gürcü qadını zorlayıb Azərbaycana qaçan gənc həbs edildi

HADİSƏ

11 Sentyabr 2024 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

Moskvada gürcü qadını zorlayıb Azərbaycana qaçan gənc həbs edildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində zorlama və seksual xarakterli zorakılıq əməllərində təqsirləndirilən Şamaxı rayon sakini, Abşeron rayon Hökməli qəsəbəsində yaşayan 30 yaşlı H.Muxtarova (şərti soyadlı) hökm oxunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs 2019-cu ildə Rusiya paytaxtında yaşadığı vaxt qonşuluqda yaşayan gürcü qadına təcavüz edib.

Belə ki, həmin vaxt 25 yaşı olan H.Muxtarov dostu Əkbərlə birgə Moskva şəhəri Sosenskoe rayonu Komunarka qəsəbəsi Baçurinskaya küçəsindəki binada kirayə yaşayıb. Onun qonşuluqda yaşayan və özündən xeyli böyük olan qadınla münasibəti yaranıb. Daha sonra isə hər iki şəxs birgə yeyib-içdikdən sonra H.Muxtarov qadına təcavüz edib. O, daha sonra Azərbaycana gəldiyi üçün barəsində burada cinayət işi açılıb.

Bu il avqustun 30-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində faktla bağlı Cinayət Məcəlləsinin 149 və 150-ci maddələri üzrə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə prosesinə “Zoom” proqramı vasitəsilə qoşulan şikayətçi qadın hadisənin təfərrüatlarını danışıb.

Məhkəmənin hökmünə əsasən 30 yaşlı H.Muxtarova 4 il 6 ay həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib və cəzasını çəkəcəyi müəssisəyə göndərilib.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026