Myanmada ordunun dəstəklədiyi Birlik, Həmrəylik və İnkişaf Partiyasının sədri Khin Yee Rusiyadan terrorla mübarizədə dəstək istəyib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "Ria" xəbər agentliyinə müsahibəsində bildirib.
Qeyd edib ki, Myanma Rusiya və Qərbin müstəmləkəçilik siyasətinə qarşıdır:
"Dünyada müstəmləkəçiliyin olmaması bizim ümumi məqsədimizdir. Biz müstəmləkəçilik hərəkatlarının yox olmasını istəyirik" .
Qərbin tətbiq etdiyi sanksiyalara qarşı olduqlarını bildirən Yee bu sanksiyaların qlobal iqtisadiyyatı pozduğunu və bərabərlik prinsipinə əsaslanan dünya nizamının qurulmasının lazım olduğunu bildirib.
Əli Hüseynov
















