• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotik çəkib "07" sürdü, saxlanıldı

CƏMİYYƏT

14 Yanvar 2022 | 20:49 | Müəllif: Subhan Mahmudov

Narkotik çəkib "07" sürdü, saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xızı rayon sakini Yəhya Səfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Y.Səfərov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Qeyd edək ki, avtomobildə olan sərnişin Xızı rayon sakini Loğman Məmmədovun üzərinə baxış keçirilən zaman isə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026