• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Narkotiklə bağlı 4 nəfər saxlanıldı

HADİSƏ

24 Dekabr 2024 | 10:23

Narkotiklə bağlı 4 nəfər saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar.

Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Narkotiklə bağlı 4 nəfər saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR