• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

NATO-nun Baş katibi: Gürcüstanda vəziyyət bizi ciddi narahat edir

SİYASƏT

25 Noyabr 2025 | 14:21

NATO-nun Baş katibi: Gürcüstanda vəziyyət bizi ciddi narahat edir

"Gürcüstanda baş verənlərlə bağlı sadəlövh deyiləm. Biz çox narahatıq".

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. 

Gürcüstanın NATO-ya namizəd ölkə statusunun qüvvədə olub-olmaması ilə bağlı suala cavab verən Rutte bildirib ki, euroatlantik məkanında istənilən ölkə NATO üzvlüyünə can atdıqda, bu arzusunu ifadə edə bilər və bundan sonra proses başlayır.

"Gürcüstanla əməkdaşlığımız davam edir. Hesab edirəm ki, bu əməkdaşlıq bizim narahatlığımızı birbaşa çatdırmaq üçün vacib kanaldır", - deyə Rutte qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR