• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

NATO-nun Türkiyə sammitindən gözləntilər nədir? - ŞƏRH

SİYASƏT

12 Iyul 2024 | 16:42

NATO-nun Türkiyə sammitindən gözləntilər nədir? - ŞƏRH

Məlum olduğu kimi, NATO liderlərinin yekun bəyannaməsində alyansın zirvə toplantısının 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində, 2026-cı ildə isə Türkiyədə keçiriləcəyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul 2026-cı ildə NATO sammitinə ev sahibliyi etmək üçün uyğundur.

NATO sammitinin Türkiyədə keçiriləcəyi zaman baş tutan toplantılarda hansı danışıqlara nail olmaq mümkün görünür? Ümumiyyətlə, sammitin Türkiyədə keçirilməsi hansı perspektivləri vəd edir və gözləntilər nələrdir?

Siyasi şərhçi Mübariz Göyüşlü Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, NATO 32 ölkəni birləşdirən hazırkı dönəmdə dünyanın ən aparıcı hərbi siyasi alyansıdır.

Onun sözlərinə görə, NATO-nun hərbi potensialı, gücü və NATO-nun təsir imkanları qurumun üzvlərinə də, üzvü olmayanlara və rəqiblərinə də yaxşı bələddir:

“Təbii ki, təşkilatın güclü şəkildə qəbul olunmasında bir sıra ölkələrin mühüm rolu var ki, o sırada yer alan aparıcı ölkələrdən biri də Türkiyədir. Türkiyənin hərbi gücü, potensialı, ordusunun peşəkarlığı istər NATO-da, istər dünyada ən öncül yerlərdədir. Türkiyənin bu təşkilatda təmsilçiliyi, bu təşkilatı gücləndirən bir amildir. NATO Türkiyənin problemlərinə, həssas məsələlərinə, milli dövlətçiliyində onu təhdid edən məsələlərə əsasən biganə yanaşır. PKK məsələsində, kürd dövlətinin yaradılma perspektivlərində və digər məsələlərdə NATO-nun laqeydliyini müşahidə edirik”.

Siyasi şərhçi qeyd edib ki, bu məsələlər Türkiyədə haqlı narazılığa səbəb olur:

“Ancaq ümumilikdə Türkiyədə NATO sammitinin keçirilməsi Türkiyənin NATO-dakı gücünün və imkanlarının göstəricisi və NATO tərəfindən bunun etiraf olunmasıdır. NATO sammitinin Türkiyədə keçirilməsi Türkiyəyə qarşı addımlar atmaq istəyən hansısa dövlətlərin, təşkilatların və iddialarının aradan qalxmasına səbəb ola bilər. NATO Türkiyə münasibətlərinin müəyyən qədər sıxlaşmasına səbəb ola bilər. Türkiyə vasitəsilə NATO ilə sıx münasibətlər qurmaq istəyən ölkələrin həmin sammitdə iştirakı NATO ilə yaxından əlaqələrin qurulmasına gətirib çıxara bilər”.

Çin üçün Tayvanla bağlı məsələ milli təhlükəsizlik məsələsidir-Mübariz Göyüşlü

Mübariz Göyüşlü, siyasi şərhçi

Müsahibimiz vurğulayıb ki, NATO-nun Türkiyədə sammitinin keçirilməsi müsbət qiymətləndirilməlidir:

“Bu, NATO üçün də perspektivli bir məsələdir. Çünki Türkiyə aparıcı və güclü ölkələrindən biridir”.

Günel Abbas


SON XƏBƏRLƏR