• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Naxçıvanda komanda-qərargah təlimi davam edir - VİDEO

CƏMİYYƏT

04 Noyabr 2021 | 17:21 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda komanda-qərargah təlimi davam edir - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi plana uyğun davam edir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin planına əsasən səhra və stasionar döyüşü idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılır, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılır, ərazidə taktiki və xüsusi təyinatlı qrupların tapşırıqları dəqiqləşdirilir, maket üzərində qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanır.

Qəbul edilən qərarın hərtərəfli təminatının təşkili üzrə qərargahlar tərəfindən plan və əlavələrin xəritəyə işlənilməsi, aidiyyəti üzrə əmr və sərəncamların müasir texniki vasitələr üzərindən bölmələrə göndərilməsi məşq etdirilir.

Təlimin növbəti mərhələsi kompüter üzərində və praktiki fəaliyyətlərin icrası ilə davam edəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR