• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir iki polis idarəsini LƏĞV ETDİ - ƏMR

CƏMİYYƏT

25 Aprel 2022 | 18:29 | Müəllif: Subhan Mahmudov

Nazir iki polis idarəsini LƏĞV ETDİ - ƏMR

Azərbaycanda iki polis idarəsi ləğv edilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci polis şöbəsi yaradılıb.

Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci polis şöbələri və 3-cü və 4-cü polis bölmələrinin fəaliyyəti təşkil olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026