• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Nazir kapitana yüksək vəzifə verdi

CƏMİYYƏT

02 Dekabr 2022 | 15:33

Nazir kapitana yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin edib.

Bakıvaxtı.az  xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Rauf Allahverdiyev Qaradağ RPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. O, bu təyinatadək Səbail RPİ-nin Post-Patrul bölməsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, Qaradağ RPİ rəisinin keçmiş müavini polis polkovniki Oktay Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.


SON XƏBƏRLƏR

27 Mart 2024