• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir “Togg”unu belə yudu - FOTO

DÜNYA

21 Aprel 2023 | 09:11

Nazir “Togg”unu belə yudu - FOTO

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank elektromobilini özü yuyub.

Bakıvaxtı.az xəbər verir ki, nazir sosial şəbəkədəki hesabında “Bayram təmizliyi” qeydi ilə “Togg”un yuyarkən çəkilən fotoları paylaşıb.

Qollarını çırmayıb milli elektromobil “Togg”u yuyan Varankın paylaşımı qısa zamanda rəğbətlə qarşılanıb.

Xatırladaq ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), BMC (19 %), "Root Group" (19 %), "Türkcell" (19 %), "Zorlu Holding" (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Mustafa Varank daha əvvəl bildirib ki, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.


Nazir “Togg”unu belə yudu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026