• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Nazirlik içməli su ilə bağlı araşdırmanın nəticələrini açıqladı

CƏMİYYƏT

16 Fevral 2022 | 15:49

Nazirlik içməli su ilə bağlı araşdırmanın nəticələrini açıqladı

“İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Milli Dövlət Standartı hazırlanıb. İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.

Nazirlik rəsmisi bildirib ki, həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb.

L.Tağızadə əlavə edib ki, Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur: “Hazırda ölkənin 26 rayonunun 483 kəndində lokal təmizləyici qurğular fəaliyyət göstərir. Hazırda 13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026