“Gözəllik salonuna gedib özlərini mənə bənzətməyə çalışanlar çoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Rəngarəng səhər” verilişində deyib.
Onu sevənlərdən söz salan sənətçi buna görə çox xoşbəxt olduğunu bildirib:
“Mən bunları sevgi kimi qəbul edirəm. Əgər onlar məni sevməsəydilər özlərini başqa müğənnilərə, başqa adamlara oxşatmağa çalışardılar, mənə bənzəmək istəməzdilər. Bu, məndə heç vaxt qıcıq yaratmayıb. Əksinə, bu, məndə 1-ə 2 sevgi yaradıb. Amma tövsiyəm olub ki, özünüz olun, kölgədə qalmayın. Siz Nazpərinin kölgəsində qalacaqsınız. “Nazpəriyə oxşayan qız...” Amma biri də var ki, “müğənni filankəs”.
Ziyafət Əlisoy