• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Nə nikahım, nə də kəbinim var" - Təranə Səmədova (VİDEO)

MƏDƏNİYYƏT

21 May 2022 | 14:25 | Müəllif: Subhan Mahmudov

"Nə nikahım, nə də kəbinim var" - Təranə Səmədova (VİDEO)

"Tanınmışlardan çoxu övlad dünyaya gətirən kimi, başlayırlar kəbinim var. Kəbin heç bir əhəmiyyət daşımır. Nə kəbinim, nə nikahım var. Tənha anayam. Həyatda bir anam, bir övladım, bir də özüm idim. Anamı itirəndən sonra gördüm ki, tək övlad olmaq çətindir".

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova Nail Naiboğlunun "Stop" layihəsində deyib. Hamilə olan Təranə övladının atasının kim olması ilə bağlı sualları cavablandırıb:

"Anamın ilini verdikdən sonra uşaq istəyirdim. Amma gələn təklifdən imtina etmək istəmədim. Təklif qüvvədən düşə bilərdi. Əslində iki oğul, bir qız olsun istəyirdim. Mədəkiçiltmə əməliyyatı keçirdiyim üçün dedilər ki, iki uşaq alınmır. Mayalanmada isə oğlan yox, qız tutdu. Əsas odur Suelim tək qalmayacaq, bilmək olmaz ömrüm hara qədərdir". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026