Əməkdar artist Nahidə Orucova qolu sınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktrisa "MTV"yə müsahibəsində bildirib.
Azərbaycan Dövlət Akademik Musiqli Teatrın aktrisası deyib ki, hadisə "O olmasın, bu olsun" tamaşasına hazırlaşarkən baş verib.
"O olmasın, bu olsun” tamaşasında "Sənəm" obrazına hazırlaşırdım. Ayağımdakı çarığın ucu oturacağa ilişdi və yıxıldım. Ağrım var idi, amma tamaşanı oynadım. Düşünürdüm ki, əzilib. Gecə dərman qəbul etdim, iynə vurdum ki, ağrını hiss etməyim".
Dediyinə görə, ertəsi gün həkimə gedib, orada sınıq diaqnozu qoyulub.
















