q
  • Bakı 13° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

“Neftçi” Qriqorçukla yollarını ayırır

    İDMAN

    07 Oktyabr 2024 | 11:18

    “Neftçi” Qriqorçukla yollarını ayırır

    “Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırır.

    Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib.

    O, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.

    Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir.

    Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.


    SON XƏBƏRLƏR

    18 Aprel 2026