• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

"Neftçi"də daha 2 ayrılıq

İDMAN

08 Avqust 2024 | 12:03

Neftçidə daha 2 ayrılıq

"Neftçi" klubunda islahatlar davam edir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun daha iki əməkdaşı postundan uzaqlaşdırılıb. 

Yeni rəhbərlik uzun müddətdir "ağ-qaralar"ın sıralarında olan və kifayət qədər tanınan simalarla yoluna davam etmək istəməyib. Söhbət Sabir Hacıyev və Qızxanım Zeynalovdan gedir. 

70 yaşlı Hacıyev 2008-ci ildən, başqa sözlə, 16 ildir "Neftçi"də inzibatçı kimi çalışırdı. O, uzun illər "Neftçi"nin əsas komandasının inzibatçı olub, həmçinin, milli komandamızda da işləyib. 

73 yaşlı Qızxanım Zeynalova isə həkimdir. 8 ildir "Neftçi"yə xidmət edən Qızxanım xanım 1966-cı ildə bürünc mükafatçı olmuş Mübariz Zeynalovun həyat yoldaşıdır.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024