• Bakı 21° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Neft yenidən bahalaşır

İQTİSADİYYAT

01 Iyun 2026 | 08:13

Neft yenidən bahalaşır

ABŞ neftinin bir barelinin qiyməti bazar ertəsi günü Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün İranla danışıqlarda ABŞ-nin mövqeyinin sərtləşməsi barədə xəbərlərdən sonra yenidən yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, WTI markalı neftin qiyməti təxminən 2,5% artaraq, bir barel üçün təxminən 89,60 dollara çatıb.

Şimal dənizindən avqust ayında çatdırılma üçün Brent markalı neftin qiyməti eyni vaxtda təxminən 93,16 dollar təşkil edib ki, bu da cümə günü bağlanan ticarətlə müqayisədə təxminən 2,2% artım deməkdir.

Qeyd edək ki, bazarlar neft müharibəsinin başlamasından bəri qlobal karbohidrogen tədarükünün 20%-ni saxlayan Hörmüz boğazını açılmasına dair əldə ediləcək razılaşmaya ümid etdikləri üçün qiymət ötən həftə 11%-dən çox düşmüşdü.

Aydın


SON XƏBƏRLƏR

31 May 2026