• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Netanyahu Qəzzada öldürülən rusiyalının valideynlərindən üzr istədi

DÜNYA

01 Sentyabr 2024 | 21:07 | Müəllif: Gülşən Şərif

Netanyahu Qəzzada öldürülən rusiyalının valideynlərindən üzr istədi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında yeraltı tuneldə cəsədi aşkarlanan rusiyalı Aleksandr Lobanovun ailəsinə zəng edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Netanyahu onu xilas edə bilmədiklərinə görə üzr istəyib.

"Sizə nə qədər təəssüfləndiyimi söyləmək və Saşanı sağ-salamat qaytara bilmədiyim üçün üzrxahlıq diləmək istəyirəm", - Netanyahu deyib.

Qeyd edək ki, Netanyahunun hərbi müşaviri Roman Hoffman Qəzzada saxlanılan girovlarla bağlı razılaşmanı təşviq etmək üçün Moskvaya səfər edib. İsrailin baş naziri bu barədə Lobanovlar ailəsinə məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026