İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər regionda baş verən son hadisələri, o cümlədən girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların bərpasını müzakirə ediblər.
Dövlət katibi Rubio ABŞ-ın İsrailə və onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib.
















