Nigeriya hökuməti ölkədəki təqribən 161 milyon nigeriyalının qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb.
Bakıvaxtı.az "TRT Haber"ə istnadən xəbər verir ki, bu barədə Kənd təsərrüfatı və Qida Təhlükəsizlik Nazirliyinin Qida Təhlükəsizliyi və Qidalanma Departamentinin direktoru Alhaji Nuhu Kilişi məlumat verib.
O, ölkəsinin qida təhlükəsizliyi ilə mübarizə üçün tədbirlər görməyə başladığını bildirib.
"Ölkədə 2014-cü ildə 35 faiz olan ərzaq çatışmazlığı nisbəti son illərdə təxminən 74 faizə yüksəlib. Nigeriyalıların yalnız 20 faizinin ərzaq təhlükəsizliyi təmin oluna bilir. Bu, ciddi bir vəziyyətdir. Qida çatışmazlığına silahlı hücumlar, adam oğurluğu və iqtisadi çətinliklər təsir edib" - deyə, Kilişi qeyd edib.
Gülşən Şərif