• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır

CƏMİYYƏT

11 Iyun 2024 | 14:05

Nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

    Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024