• Bakı 22° C

    13.63 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO

CƏMİYYƏT

24 Iyun 2025 | 00:44

Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO

Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə Bakıda Nizami rayonunda baş verib.

Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub. 

Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunub, insidentin qarşısını alıblar. 

Əldə etdiyimiz məlumata görə, şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb.

Daha ətraflı videomaterialı təqdim edirik. 
 

 


SON XƏBƏRLƏR

23 Iyun 2025