• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Odessa çimərliyində oğlan mina partlamasında ölüb

DÜNYA

15 Iyul 2022 | 20:39 | Müəllif: Subhan Mahmudov

Odessa çimərliyində oğlan mina partlamasında ölüb

İyulun 15-də Odessa vilayətinin çimərliklərindən birində dənizdə çimmək qərarına gələn oğlan minaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.

“Odessa vilayətinin çimərliklərindən birində öz ad günündə gənc oğlanı mina partladıb. O, bütün qadağaları və tələbləri pozaraq çimməyə gedib. Nəticədə başının travmatik amputasiyası ilə mina partlaşında ölüb”, - deyə məlumatda qeyd edilir.

 “Cənub” əməliyyat komandanlığı bildirir ki, dənizin fırtınalı vəziyyəti mina təhlükəsinin artması üçün ilkin şərtlər yaradır. Belə ki, bu səbəbdən minalar sahilə gəlib çıxa bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026