• Bakı 14° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Odun satışı üzrə hərrac keçiriləcək

CƏMİYYƏT

05 Noyabr 2025 | 13:15

Odun satışı üzrə hərrac keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dekabrın 5-də meşə təsərrüfatına dair oduncağın satışı üzrə növbəti hərrac keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, satışa Lənkəran, Şabran, Quba, Şamaxı, Qax, Zaqatala, Göygöl, Masallı, Şəmkir və Qəbələ meşə təsərrüfatlarında toplanmış işlik oduncaqlar çıxarılıb.

Satışda fıstıq, palıd, qoz, ağcaqayın, vələs, qovaq, göyrüş, gilas, söyüd və akasiya cinsli oduncaqlar yer alır. Hərracda təklif olunan oduncaqların həcmi 1-126 kubmetr arasında dəyişir, 1 m³ üçün ilkin qiymət isə 25-120 manat aralığındadır.


SON XƏBƏRLƏR

04 Noyabr 2025