• Bakı 17° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Oğuzda fermada YANĞIN! - 200 cücə TƏLƏF OLDU

HADİSƏ

21 Aprel 2025 | 09:51

Oğuzda fermada YANĞIN! - 200 cücə TƏLƏF OLDU

Oğuzda fermada baş verən yanğın zamanı ev quşları yanaraq tələf olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Padar kəndində, kənd sakini Mûşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında qeydə alınıb.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

20 Aprel 2025