• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

 Sumqayıtda partlayışda xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

HADİSƏ

20 May 2025 | 16:27

 Sumqayıtda partlayışda xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan, 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var. Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

Çilingər işləyən, 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.

***

12:59

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.


SON XƏBƏRLƏR