• Bakı 21° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Oğuzda kişi ov zamanı xəsarət aldı

HADİSƏ

02 Fevral 2023 | 10:00

Oğuzda kişi ov zamanı xəsarət aldı

Oğuzda kişi ov zamanı xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, fevralın 1-də rayonun Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hüseyn Cavadovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026