• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir - Əli Əsədov

SİYASƏT

16 Dekabr 2024 | 12:09

Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir - Əli Əsədov

"Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir".  

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.

Qeyd edib ki, büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz. 

"Büdcə bizim imkanlarımızı əks etdirir. Gələn il büdcə imkanları çərçivəsində əsas vəzifələrin icrasının təmin edilməsi üçün əlimizdən gələni etməliyik. 

Bildirmək istərdim ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir (o cümlədən Naxçıvanda 100%). Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır".

Nəzərə çatdırıb ki, yerdə qalan 3.4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcəkdir. 

"Hazırda bu istiqamətdə Hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır. 

Eyni zamanda onu da qeyd edim ki, paralel olaraq “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də həyata keçirilməkdədir".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR