• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm” - Lukaşenko

DÜNYA

06 Fevral 2022 | 00:10 | Müəllif: Subhan Mahmudov

“Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən hansı halda gedəcəyi ilə bağlı danışıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, ölkə ətrafında çətin vəziyyət yarandıqca ölkəyə rəhbərlik edəcəyini deyib.

Bildirib ki, ölkədə sakitlik olanda gedəcək: "Müharibə və ya 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyət kimi vaxtda həmişə rəhbər olacağam"

Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. Ertəsi gün ölkənin Mərkəzi Seçki Komissiyası 80,10% səslə Lukaşenkonun qələbəsini elan edib. Nəticədən narazı olanlar ölkədə kütləvi etiraz aksiyaları keçirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026