• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Proqnozlar elə də pozitiv deyil - Elnur Allahverdiyev

CƏMİYYƏT

16 Fevral 2024 | 11:20

Proqnozlar elə də pozitiv deyil - Elnur Allahverdiyev

“Ölkəmizdə suya olan tələbata dair proqnozlar elə də pozitiv deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024 tarixli iclasında “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik: "Bu, bütün dünyada izlənilən tendesiyadır. Biz də bu dünyanın bir parçasıyıq. Əhali çoxalır, iqtisadiyyat böyüyür. Bu da suya olan ehtiyacı artırır. Təbii ki, hökümətin bu barədə tədbirləri mövcuddur".

Deputat dəniz suyunun təmizlənməsi, Kürün suyunun filterlənməsi üçün özəl sektorlara şərait yaradılmasını təklif edib:

"Su təmziləyən texniki qurğularla sular təmizlənələrək içməli suya çevrilə bilər. Özəl şirkətlər də bu işlərə cəlb edilə bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026