• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Omikron" daha bir ölkədə aşkar olundu

DÜNYA

01 Dekabr 2021 | 18:26 | Müəllif: Subhan Mahmudov

"Omikron" daha bir ölkədə aşkar olundu

Norveçdə koronavirusun "omikron" ştammına ilk yoluxma halları qeydə alınıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Eyqarden şəhərində iki nəfərdə yeni ştamm aşkar olunub.

Qeyd olunub ki, həmin şəxslərin Cənubi Afrika Respublikasından qayıtdıqları müəyyən edilib. Onların sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını "narahatlıq doğuran variant" hesab edib. Bir sıra ölkələr Afrikanın cənubundan uçuşları dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026