• Bakı 19° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Ötən il 100 küçə uşağı aşkarlanıb

CƏMİYYƏT

13 May 2025 | 10:12

Ötən il 100 küçə uşağı aşkarlanıb

Ölkədə 2024-cü ildə davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.


SON XƏBƏRLƏR

12 May 2025