• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

PSJ azarkeşlərinə hücum edildi 

İDMAN

06 May 2026 | 21:45 | Müəllif: Subhan Mahmudov

PSJ azarkeşlərinə hücum edildi

Çempionlar Liqasının yarımfinalından öncə Münhendə PSJ azarkeşlərinə hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, "RMC Sport"un məlumatına görə, metro stansiyalarından birində təxminən 60 nəfərlik alman fanat qrupu 15-ə yaxın parisli azarkeşi vaqondan kənara çıxarıb. Polis müdaxilə edərək daha böyük insidentin qarşısını alıb.

Bununla yanaşı, vaqonlarda yaranan tüstülənmə səbəbindən bəzi qatarlar təxliyə olunub və hərəkət müvəqqəti dayandırılıb. Nəticədə azarkeşlərin bir hissəsi stadiona piyada getmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Bavariya" - PSJ matçı bu gün Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə PSJ 5:4 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR