Hollivudun ustad rejissoru Kristofer Nolanın böyük maraqla gözlənilən 13-cü tammetrajlı ekran işi "The Odissey" filmindən yeni fraqment təqdim olunub.
Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, mövzusu Homerin antik yunan dastanından götürülən və Matt Damon, Tom Holland, Enn Heteuey kimi ulduzların rol aldığı ekran işi bütövlükdə IMAX kameralarla çəkilən ilk film və 250 milyon dollarlıq büdcəsi ilə indiyə qədərki ən bahalı Nolan layihəsi kimi diqqət çəkir.
Lakin yeni görüntülərdə qəhrəmanların müasir amerikan ləhcəsi ilə danışması və antik dövrə uyğun gəlməyən bəzi ifadələrin işlədilməsi kinosevərlər arasında ciddi müzakirələrə və tənqidlərə yol açıb.
Bakı 




