• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ötən il 459 hərbçiyə tam təmirli mənzil verildi

CƏMİYYƏT

24 May 2023 | 11:22

Ötən il 459 hərbçiyə tam təmirli mənzil verildi

Ötən il Azərbaycanda 459 hərbçiyə tam təmirli mənzil verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 35 milyon manat məbləğində vəsait ayrılıb.

Həmin vəsait hesabına Bakı şəhərində 453 ədəd və Sumqayıt şəhərində 6 ədəd cəmi 459 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026