Son zamanlar ev sahibi ilə problem yaşayanlar arasında məşhur sənətçi Özcan Dəniz də var.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dəniz həyat yoldaşı Samar Dadgar ilə birlikdə yaşadığı Sarıyerdəki villanın ev sahibi ilə aralarında yaranan mübahisəyə görə polis bölməsinə düşüb.
İddialara görə, Dənizin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağçadan çıxarmasını istəyib. Özcan Dəniz xəbərsiz gəldiyi üçün avtomobilini çəkməyəcəyini deyəndə ev sahibi müğənnini silahla hədələyib.
Ev sahibi müğənnini “Sən ölməyə layiqsən" deyə hədələyib. Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək ev sahibi haqqında şikayət edib. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün təhlükəsiz olmadığını bildirib.
Samar Dadgar ifadəsində ərinin dediklərinin doğru olduğunu bildirib.
Ay Tac















