• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Özgür Özel və komandası istefa verib

DÜNYA

11 Iyun 2026 | 12:25

Özgür Özel və komandası istefa verib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İcraiyyə Komitəsinin kiritik partiya məclisinin iclasından əvvəl 9 deputatı xaric etmək tələbi ilə intizam komitəsinə göndərməsi qərarı yeni qalmaqala səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Özgür Özel və komandası partiya məclisindən istefa vermək qərarına gəlib.

    Mütləq etibarsızlıq qərarı ilə CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun 9 deputatı xaric etmək qərarından sonra Özgür Özelin komandası 45 gün ərzində fövqəladə qurultay keçirmək üçün partiya məclisindən istefa verib.

    Özələ yaxın olan 57 partiya məclisi üzvündən 28-nin istefa verdiyi açıqlanıb.

    Partiya nizamnaməsinə görə, partiya məclisi üzvlərinin sayı, üzvlərin ümumi sayının üçdə ikisindən (40-dan) az olarsa, 45 gün ərzində partiyanın qurultay keçirməsi mütləqdir.

    Qeyd edək ki, məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

    CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Iyun 2026