• Bakı 16° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Özgür Özələ hücum etməsinin səbəbini açıqladı

DÜNYA

04 May 2025 | 17:39

Özgür Özələ hücum etməsinin səbəbini açıqladı

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özələ hücum edən şəxs danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, üç dəfə məhkum olunmuş 66 yaşlı S.T, ona partiya yemək kartı verməkdən imtina etdiyinə görə siyasətçiyə qəzəbləndiyini açıqlayıb.

Onun sözlərinə görə, imtinanı həmin şəxsin partiya üzvü olmaması ilə izah ediblər. Hücumçu Özəlin partiyası gəncləri küçələrə çağırdığı üçün əsəbiləşib və hirsini cilovlaya bilməyib.

“Ora gedəndə (hadisə baş verən yerə. — red.) əslində hücum etmək fikrim yox idi, amma onu görən kimi qəzəbimi saxlaya bilmədim”, – deyə hücum edən şəxs bildirib.

Qeyd edək ki, S.T. 2004-cü ildə 2 uşağını öldürüb, 1-ni isə yaralayıb. 


SON XƏBƏRLƏR

03 May 2025