• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistan Senatından Xocalı soyqırımı ilə bağlı QƏRAR

SİYASƏT

30 May 2022 | 21:26 | Müəllif: Subhan Mahmudov

Pakistan Senatından Xocalı soyqırımı ilə bağlı QƏRAR

Pakistan Senatı Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümündə Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Senat Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

Qətnamədə bildirilir ki, Senat Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyi bir daha təsdiq edir və otuz ilə yaxın davam edən işğaldan sonra ərazilərinin azad edilməsi ilə nəticələnən 2020-ci ildə tarixi qələbəsini böyük sevinclə qeyd edir.

Sənəddə qeyd edilir ki, Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir.

Vurğulanır ki, Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan mühüm birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026