• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Paris-2024: Gimnastımız çıxışını başa vurdu - YENİLƏNİB

İDMAN

02 Avqust 2024 | 15:45

Paris-2024: Gimnastımız çıxışını başa vurdu - YENİLƏNİB

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Bakıvaxtı.az-ın məlumatına görə, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.

O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.

***

15:02

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.

O, ilk cəhdində 42,950 xala layiq görülüb. Azərbaycan təmsilçisi hələlik 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026