• Bakı 18° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

“Park Bulvar”da insident - Müdir işçisini döydü

CƏMİYYƏT

09 Iyul 2022 | 10:21 | Müəllif: Subhan Mahmudov

“Park Bulvar”da insident - Müdir işçisini döydü

"Park Bulvar" ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.

Bakıvaxtı.az  "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib. O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.

İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.

Şikayətlə bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026