• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Tromb əmələ gəlməsin deyə nə qədər maye içək?

CƏMİYYƏT

08 Avqust 2022 | 06:32 | Müəllif: Qalib İbrahimoğlu

Tromb əmələ gəlməsin deyə nə qədər maye içək?

Dietoloq insanı tromblaşmadan xilas edəcək maye miqdarı barədə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, həkim Marqarita Koroleva qanı durulaşdırmaq üçün lazımi şərt və içkiləri açıqlayıb.

"Trombozun profilaktikası üçün qanın qatılaşmasına imkan vermək olmaz. Xüsusən isti havada qan qatılaşır, çünki orqanizm susuzlaşır.

İnsan hər kiloqram çəkisinə 33 ml olmaqla maye qəbul etməlidir. Sutka ərzində xüsusən səhərdən axşam 6-a kimi qazsız, soyuq olmayan adi suyu fasilələrlə içmək lazımdır.

Su maye məhlullar içində ən yaxşı aktivliyə malikdir, yüngüldür, zərərsizdir.

O limfodrenaj və detksikasiya effekti verir.

Eləcə də qanı limon suyu qatılmış su və nar şirəsi yaxşı durulaşdırır. Onlarda C və P vitamini vardır ki, qan dövranı sistemini tənzimləyir.

Xüusən 50 yaşdan yuxarı insanlar üçün bu vacibdir.

Həmçinin qanı təmizləmək, lipid səviyyəsini düzəltmək üçün çuğundur və şirəsi lazımdır"/Bakupost.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026