• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Partiyaların SEÇKİ HƏYƏCANI: Qərar üçün TOPLANIRLAR

SİYASƏT

11 Dekabr 2023 | 15:04 | Müəllif: Qalib İbrahimoğlu

Partiyaların SEÇKİ HƏYƏCANI: Qərar üçün TOPLANIRLAR

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) ötən həftə keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlər və tədbirlər Təqvim planında əskini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır.

Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Artıq bir sıra partiyalarda seçki həyəcanı başlayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, ADP-də bu gün keçiriləcək İdarə Heyətinin növbəti iclasında bu məsələnin ilkin müzakirəsi gözlənilir: "Qərarın necə olmasını proqnozlaşdırmaq hələlik o qədər də asan deyil. Çünki bir çox obyektiv səbəblərdən elan olunmuş seçkidə iştirakın əleyhinə olan partiyadaşların sayı çoxdur. Əgər müzakirələr seçkidə iştirakın lehinə olan qərarla yekunlaşarsa, onda iştirakın forması və digər detallar da aydınlaşdırılacaq".

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə də Bakıvaxtı.az-a bildirib ki, MCP seçkilərdə iştirakın tərəfdarıdır və mütləq prosesə qatılacaq: "Biz bundan əvvəlki seçkilərdə də fəal iştirak etmişik. Yaxın günlərdə növbədənkənar seçkilərlə bağlı partiyamızın İdarə Heyəti toplaşıb yekun qərar verəcək. Həmçinin, öz namizədimizi müəyyənləşdirəcəyik”. Onun sözlərinə görə, bu istiqamətdə rayon şöbələri ilə də intensiv danışıqlar aparır, imzatoplama işinin hansı müstəvidə həyata keçiriləcəyi dəqiqləşdirilir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026