• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Paşinyan sülh sazişini imzalamağa hazırlaşır

SİYASƏT

09 Yanvar 2024 | 12:55

Paşinyan sülh sazişini imzalamağa hazırlaşır

"Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin ilkin mətnini radikal müxalifətin nümayəndələri ilə tanış edib".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, bu, baş nazir Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilib: "Paşinyanın məqsədi aydındır. O, əvvəlcədən sülh sazişinin mətnini rəqibləriylə tanış edib ki, sənəd imzalanandan sonra “bundan xəbərimiz yox idi”, “sənəd məxfi hazırlanıb” kimi ittihamların əsası olmasın. Radikal müxalifət sülh sazişinin mətni ilə tanış olduqdan sonra Paşinyandan tələb edəcəklər ki, o, Ermənistanın məğlubiyyəti kimi qiymətləndirdikləri sazişə imza atmasın. Belə olarsa, Paşinyan da radikal müxalifətə bu sualla müraciət edəcək: “Başqa təklifiniz varmı?” O, radikal müxalifətə anlatmağa çalışacaq ki, sülh sazişinin imzalanması yubanarsa bu, bölgədə yeni müharibə risqini artıracaq və bu, Ermənistan üçün yeni fəlakətlər gətirəcək".

Onun sözlərinə görə, bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb: "Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır, sülh sazişinin əsasını bu bənd təşkil edəcək. Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. Ona görə Nikol Paşinyan radikal müxalifətə boylanmadan sülh sazişini imzalaya bilər. Bu həm də İkinci Qarabağ müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir”.

Şahinoğlu qeyd edib ki, bu arada, Nikol Paşinyan Xarici İşlər Nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” cümləsi də baş nazirin sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026