• Bakı 25° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Paşinyan İlham Əliyevdən niyə qaçır? 

SİYASƏT

19 Iyul 2024 | 16:20

Paşinyan İlham Əliyevdən niyə qaçır? 

Xəbər verdiyimiz kimi, dünən Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan rəhbərləri arasında dialoqun baş tutması  nəzərdə tutulurdu.

Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistan tərəfi bu görüşün keçirilməsindən imtina edib.

Bəs Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən niyə qaçır?

Bu mövzuda Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, sülh məsələlərinin tamamilə həll edilməsi və digər lazımi fikirlərin müzakirə edilməsi məqsədi ilə bu görüş vacib idi:

“Qeyd etmək lazımdır ki, bu dialoqla bağlı görüşün reqlamentində heç bir rəsmi məlumat əksini tapmamışdı. Amma, buna dair müəyyən istək var idi. Görüşün geri çevirilməsi ondan xəbər verir ki, Ermənistan sülh prosesini formalaşdırmaq işindən uzaqlaşır”.

İranla sərhəddə beton divar çəkməlidir - TƏKLİF

Turan Rzayev, politoloq

Müsahibimiz diqqətə çatdırıb ki, Paşinyanın görüşdən imtina etməsi ona əsas verir ki, ermənilər hələ də sülh müqaviləsini imzalamağa hazır deyil. Lakin, rəsmi Bakının onları gözləməyə səbri yoxdur:

“Ermənistan sülh gündəliyinə sadiq qalmayacaqsa, Azərbaycan da ona uyğun hərəkət edəcək. Hikmət Hacıyevın açıqlamada qeyd etdiyi məqamlara toxunsaq, bunu demək olar ki, bu fikirlərin hər biri qarşı tərəf üçün xəbərdarlıqdır”.

Londona keçiriləcək görüşün faydalı ola biləcəyini qeyd edən Turan Rzayev bildirib ki, Nikol Paşinyanın imtinasında digər səbəb Ermənsitandakı daxili vəziyyət və onun xalqın gözündəki mövqeyinin aşağı səviyyədə olmasıdır:

“Ona daxildən çoxlu təzyiqlər var. Bütün hallarda bu, sülh məsələsini ləngidə bilməz. Olanlar regionda olan gərginliyi artıra, prosesləri ləngidə bilər”,- politoloq fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR