• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verdi

DÜNYA

25 Aprel 2021 | 11:09

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verdi

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

Paşinyanın istefası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədardır.

"Bu gün konstitusiya müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün istefa verirəm. İstefanı başqa gün də edə bilərdim, amma bunu Vətəndaşlar Günündə etməyə qərar verdim. Beləliklə, vətəndaşdan alınan hakimiyyəti ona qaytarırıq ki, gələcək hökumətin taleyini seçkilər yolu ilə həll etsin",- deyə Paşinyan vurğulayıb.

Eyni zamanda, Paşinyan müvəqqəti hökumət başçısı kimi vəzifələrini yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri baş tutacaq. Ermənistan parlamenti seçkilərin proporsional sistemlə keçirilməsinə dair qanuna dəyişiklik layihəsini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026